“Neftçi”də növbəti vida

“Neftçi”də növbəti vida

“Neftçi”də növbəti ayrılıq baş verib. Klub futbolçusu Ataa Caberlə yollarını ayırıb.

Bunu “ağ-qaralar”ın mətbuat xidməti açıqlayıb. Klub təcrübəli yarımmüdafiəçiyə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2022-ci ilin iyununda transfer olunmuş Caber “Neftçi”nin heyətində 58 rəsmi oyunda meydana çıxıb, 9 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Rəhim Sadıxov “Sumqayıt”da

Növbəti yazı

Günün kuponu – 29.06.2024