“Neftçi”dən böyükhesablı, “Turan Tovuz”dan səfər qələbəsi
Azərbaycan Premyer Liqasının V turun daha iki oyunu keçirilib. Şamaxıda eyniadlı komanda “Turan Tovuz”u qəbul edib. Matçda bir qol vurulub. Runi Evanın vurduğu qol qərblilərə qələbə qazandırıb.
“Neftçi” hələ də qol həsrətndə olan “Sumqayıt”ı qəbul edib. “Ağ-qaralar” üç cavabsız qolla böyükhesablı qələbə qazanıb. Bakılıların heyətində Ataa Caber, Emin Mahmudov və Rəhman Hacıyev fərqlənib.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
1 | Qarabağ | 4 | 4 | 0 | 0 | 10-1 | 12 |
2 | Sabah | 4 | 4 | 0 | 0 | 10-2 | 12 |
3 | Neftçi | 5 | 4 | 0 | 1 | 12-5 | 12 |
4 | Qəbələ | 4 | 3 | 0 | 1 | 8-3 | 9 |
5 | Turan Tovuz | 4 | 2 | 1 | 1 | 2-2 | 7 |
6 | Səbail | 4 | 1 | 1 | 2 | 6-6 | 4 |
7 | Zirə | 4 | 1 | 1 | 2 | 4-6 | 4 |
8 | Sumqayıt | 5 | 0 | 2 | 3 | 0-8 | 2 |
9 | Şamaxı | 5 | 0 | 1 | 4 | 2-10 | 1 |
10 | Kəpəz | 5 | 0 | 0 | 5 | 4-15 | 0 |
Bombardirlər: Ramil Şeydayev (“Qarabağ”) – 4 qol, Coy Lens Mikels (“Sabah”) – 3 qol