Klopplu antirekord

Klopplu antirekord

“Liverpul” İngiltərə Premyer Liqasının VI turunda “Everton”un qonağı olub. Liverpul derbisində qolsuz heç-heçə qeydə alınıb.

Şəhərin eyniadlı təmsilçisi ilk 6 turda cəmi 9 xal toplayıb. Komanda 2 qələbə və 3 heç-heçəyə nail olub, bir matçda uduzub.

Bu, Yurgen Kloppun baş məşqçiliyi dövründə antirekorddur. “Liverpul”un ilk 6 turda daha az xal toplaması 2015/16 mövsümündə qeydə alınıb. Brendan Rocersin yetirmələri həmin vaxt 8 xal yığıb.

ETOPAZ

Əvvəlki yazı

Obameyanqın debüt vaxtı açıqlandı

Növbəti yazı

“Neftçi”dən böyükhesablı, “Turan Tovuz”dan səfər qələbəsi