Obameyanqın debüt vaxtı açıqlandı
Pyer-Emerik Obameyanqın “Çelsi”dəki debüt vaxtı bəlli olub. Bunu İngiltərə klubunun baş məşqçisi Tomas Tuxel açıqlayıb.
Alman mütəxəssis yeni transferin gələn həftə debüt edəcəyini bildirib: “O, maska ilə oynamağa çalışacaq. Ola bilsin ki, çərşənbə axşamı Zaqrebdə meydana çıxsın. Amma bu tarix çox tezdir. Yəqin ki, bir həftə sonra “Fulhem”lə matçda debüt edəcək. Biz bunu sürətləndirməyə çalışırıq”.
Qeyd edək ki, “Barselona”dan transferi sentyabrın 2-də açıqlanan 33 yaşlı qabonlu hücumçu bir müddət öncə qarətçilər tərəfindən döyülüb.