“Neftçi”dən böyükhesablı qələbə

“Neftçi”dən böyükhesablı qələbə

Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib. Turun ikinci gününün yeganə matçı “Bakcell Arena”da baş tutub.

Paytaxt derbisində “Neftçi” və “Keşlə” üz-üzə gəlib. Qarşılaşma böyük hesabla başa çatıb.

Son çempion “Neftçi” autsayderlə qarşılaşmada asan qələbə qazanıb. İlk 45 dəqiqədə Sezar Meza Kolli sabiq komandasını məyus edib.

Fasilədən sonra “ağ-qaralar” daha iki dəfə fərqlənib. Öncə Ramon Maçado, ardınca İsmayıl Zülfüqarlı fərqlənib. Bu qələbədən sonra Samir Abasovun yetirmələri xal hesabını 7-yə çatdırıb. “Keşlə” isə startda ardıcıl 4-cü məğlubiyyətini alıb.

Xatırladaq ki, turun ilk günündə “Qəbələ” – “Səbail” (5:0) və “Zirə” – “Sabah” (1:1) matçları keçirilib. Sabah “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək.

ETOPAZ

Əvvəlki yazı

Ronaldo 66-ya çatdı, İbrahimoviçdən uzaqlaşdı

Növbəti yazı

Emreli Polşa çempionatında ilk qolunu vurdu