Emreli Polşa çempionatında ilk qolunu vurdu
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Polşa çempionatında ilk qolunu vurub. Bu, Ekstraklasanın VIII turuna təsadüf edib.
24 yaşlı hücumçu “Qornik”lə bu gün keçirilən ev oyununda fərqlənib. Meydana fasilədən sonra daxil olan forvard 79-cu dəqiqədə qonaqların qapısına yol tapıb.
Bunadək “Legiya”nın heyətində avrokuboklarda 5, Superkubokda 1 qola imza atan Emreli çempionatda 5-ci oyununda ilk dəfə fərqlənib. Bu görüşdə Varşava təmsilçisi 3:1 hesablı qələbə qazanıb.