“Neftçi” və “Zirə”dən səfər qələbəsi

“Neftçi” və “Zirə”dən səfər qələbəsi

Azərbaycan Premyer Liqasında VI tur davam edir. Bu gün turun iki oyunu baş tutub.

Qəbələdə eyniadlı komanda “Neftçi”ni qəbul edib. Meydan sahibləri Məqsəd İsayevin qolu ilə hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. Ataa Caberin ikinci hissədəki dublu “ağ-qaralar”a üç xal gətirib – 2:1. Bu da bakılıları zirvəyə daşıyıb.

Paytaxt derbisində də qonaqlar eyni hesabla qalib gəlib. “Zirə” “Səbail”i Dmitios Çantaklias və Sərtan Taşkının qolları ilə məğlub edib. Meydan sahiblərində isə Ağabala Ramazanov fərqlənib.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

1Neftçi650114-615
2Sabah541010-213
3Qarabağ440010-112
4Turan Tovuz53114-210
5Zirə63128-810
6Qəbələ630310-79
7Səbail61237-85
8Sumqayıt50230-82
9Şamaxı50142-101
10Kəpəz60064-170

Bombardir: Ramil Şeydayev (“Qarabağ”) – 4 qol

ETOPAZ

Əvvəlki yazı

Cordana daha iki müştəri

Növbəti yazı

Pioli 8-ci oldu