Pioli 8-ci oldu
İtaliya çempionatında 6-cı turun görüşləri keçirilib. “Milan” “Sampdoriya”nı 2:1 hesabı ilə məğlub edib.
Bu qalibiyyət “qırmızı-qaralar”ın çalışdırıcısı Stefano Pioli üçün əlamətdar olub. O, A Seriyasında qazandığı xalların sayını 652-yə yüksəldib. Mütəxəssis 1994-cü ildən sonra 650 xal toplayan 8-ci məşqçi olub.