“Neftçi” Gəncədən xalsız ayrıldı

“Neftçi” Gəncədən xalsız ayrıldı

Azərbaycan Premyer Liqasında mövsümün ilk turu davam edir. Üçüncü oyun günü Gəncədə başlayıb.

“Kəpəz” öz meydanında “Neftçi” ilə görüşüb.

Matçın taleyini bir qol həll edib. Mate Kvirtiya penalti zərbəsini dəqiq yerinə yetirib. Bu top Gəncə təmsilçisinə üç xal qazandırıb. Adrian Mutunun “Neftçi”nin baş məşqçisi kimi Premyer Liqadakı debütü məğlubiyyətlə nəticələnib.

Qeyd edək ki, tura bu gün keçiriləcək “Sabah” – “Qəbələ” görüşü ilə yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 07.08.2023

Növbəti yazı

Leona İtaliyadan təklif