“Neftçi Arena”da qollu sülh

“Neftçi Arena”da qollu sülh

Azərbaycan Premyer Liqasında II tur başa çatıb. Turun son günündə bir oyun keçirilib.

“Neftçi” öz meydanında “Səbail”i qəbul edib. Mövsümə məğlubiyyətlə başlayan komandaların dueli “ağ-qaralar”ın üstünlüyü ilə keçib.

Lakin hesabı qonaqlar açıb. Pedro Nuno “Səbail”i önə çıxarıb. “Neftçi Arena”dakı cavab qolu qarşılaşmanın sonlarına təsadüf edib. Kenni Sayef penalti zərbəsi ilə komandasını məğlubiyyətdən xilas edib – 1:1.

Qeyd edək ki, II turun “Sumqayıt” – “Sabah” oyunu təxirə salınıb.

ETOPAZ

Əvvəlki yazı

Pavar qərarını verdi

Növbəti yazı

Premyer Liqada yeni rekord