Premyer Liqada yeni rekord

Premyer Liqada yeni rekord

İngiltərə Premyer Liqasında yeni rekord qeydə alınıb. Buna “Mançester Yunayted” imza atıb.

Premyer Liqanın I turunda “Vulverhempton”la qarşılaşan mançesterlilər 1:0 hesabı ilə qalib gəlib.  Bununla da Erik Ten Haqın yetirmələri mövsümə qələbə ilə başlayıb.

“Qırmızı şeytanlar” tarixində 21-ci dəfə Premyer Liqanın ilk oyununda 3 xal qazanıb. Bu, yarışın tarixində yeni rekorddur. Heç bir komanda startda bu qədər uğur əldə etməyib.

“Old Trafford”dakı matçda yeganə qolu Rafael Varan vurub.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi Arena”da qollu sülh

Növbəti yazı

Neymara əvəzləyici tapıldı