“Neftçi Arena”da qollu bərabərlik
Azərbaycan Premyer Liqasında 29-cu tura yekun vurulub. Son matçda “Neftçi” “Sumqayıt”ı qəbul edib.
Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Hesab ilk yarıda açılıb. Yuri Matias avtoqol müəllifi olub. Buna baxmayaraq, meydan sahibləri ikinci hissədə məğlubiyyətdən qurtulmağı bacarıb. Emin Mahmudovun penalti zərbəsini qolkiper dəf etsə də, yarımmüdafiəçi dönən topa dəqiq zərbə endirib – 1:1.