“Mançester Siti”nin Rodri planı

“Mançester Siti”nin Rodri planı

“Mançester Siti” Rodri ilə bağlı qərarını verib. Klub onu heyətində saxlamaq niyyətindədir.

“Şəhərlilər” futbolçuya yeni müqavilə təklif etməyi planlaşdırır. İspaniyalının klubla hazırkı sözləşməsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Rodri həftədə 180 min funt-sterlinq qazanır. “Şəhərlilər”in planına görə, yarımmüdafiəçinin müqavilə müddəti 2028-ci ilin yayına qədər olacaq və futbolçu həftədə 300 min funt-sterlinq gəlir əldə edəcək.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi Arena”da qollu bərabərlik

Növbəti yazı

Ramosa iki müştəri