NBA tarixində 8-ci dəfə

NBA tarixində 8-ci dəfə

“Finiks” “Qolden Steyt”lə qarşılaşmada 104:96 hesabı ilə qalib gəlib. Bununla da “Sans” noyabrda keçirdiyi 16 görüşün hamısında qələbə qazanıb.

NBA tarixində 8-ci dəfə bir komanda ay ərzində bütün matçları qalib kimi başa vurub. Sonuncu dəfə buna 6 il əvvəl “Uorriors” imza atıb. Onlar 2015-ci ilin noyabrında məğlub olmayıblar.

“Leykers” 1971/72 mövsümündə ardıcıl iki ay qələbələri sıralayıb. Bu, NBA rekordu olan 33 matçlıq seriya müddətində qeydə alınıb. “Mayami” 2012/13, “Hyuston” 2007/08, “Vaşinqton” 1948/49, “San-Antonio” 2013/14, “Atlanta” 2014/15 mövsümlərində bir ay ərzində uduzmayıb.

ETOPAZ

Əvvəlki yazı

“Real” futbolçu almayacaq

Növbəti yazı

Konte Perişiçi yanına aparır