“Real” futbolçu almayacaq

“Real” futbolçu almayacaq

İspaniyanın “Real” klubu qış transfer pəncərəsində futbolçu almayacaq. Bunu Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti açıqlayıb.

İtaliyalı mütəxəssis bildirib ki, heyətə yeni oyunçunun qatılması nəzərdə tutulmayıb: “Biz qışda heyətə yeni oyunçunun cəlb edilməsini planlaşdırmırıq. Amma “Real”ın futbolçularından hansınınsa komandadan gedəcəyi istisna etmirəm”.

Qeyd edək ki, La Liqanın 14 turundan sonra 35 xala malik “Real” çempionatın lideridir.

ETOPAZ

Əvvəlki yazı

14 ildən sonra yarımfinalda

Növbəti yazı

NBA tarixində 8-ci dəfə