NBA-da məsafələr üzrə ən yaxşılar açıqlandı

NBA-da məsafələr üzrə ən yaxşılar açıqlandı


NBA-nın ötən mövsümündə məsafələr üzrə ən yaxşı bombardirlər müəyyənləşib. 2020/21 mövsümündə basketbolçuların atışlarını təhlil edən analitiklər 18 fərqli məsafədə məhsuldar oyunçuları üzə çıxarıb. Ən uzaq atışlarda “Portlend”in üzvü Demian Lillard hamıdan çox xal toplayıb. O, həmçinin Trey Yanq, Luka Donçiç, Nikola Vuçeviç, Kris Pol və Zayon Uilyamson iki məsafədə ən yaxşı olub.
Üçxallıq atışlar
34-36 fut (10,4–11 metr) – Demian Lillard (“Portlend”)
32-34 fut (9,8-10,4 metr) – Trey Yanq (“Atlanta”)
30-32 fut (9,1–9,8 metr) – Trey Yanq (“Atlanta”) və Demian Lillard (“Portlend”)
28-30 fut (8,5-9,1 metr) – Luka Donçiç (“Dallas”)
26-28 fut (7,9-8,5 metr) – Stefan Karri (“Qolden Steyt”)
24-26 fut (7,3-7,9 metr) – Baddi Hild (“Sakramento”)
İkixallıq atışlar
22-24 fut (6,7-7,3 metr) – Denni Qrin (“Filadelfiya”)
20-22 fut (6,1–6,7 metr) – Nikola Vuçeviç (“Orlando”/“Çikaqo”)
18-20 fut (5,5-6,1 metr) – Rassell Uestbruk (“Vaşinqton”)
16-18 fut (4,9–5,5 metr) – Kris Pol (“Finiks”)
14-16 fut (4,3–4,9 metr) – Kris Pol (“Finiks”)
12-14 fut (3,7-4,3 metr) – Devik Buker (“Finiks”)
10-12 fut (3,1-3,7 metr) – Luka Donçiç (“Dallas”)
8-10 fut (2,4-3,1 metr) – Nikola Vuçeviç (“Orlando”/“Çikaqo”)
6-8 fut (1,8-2,4 metr) – Nikola Yokiç (“Denver”)
4-6 fut (1,2-1,8 metr) – Zayon Uilyamson (“Nyu-Orlean”)
2-4 fut (0,6-1,2 metr) – Zayon Uilyamson (“Nyu-Orlean”)
0-2 fut (до 0,6 metr) – Klint Kapela (“Atlanta”)

ETOPAZ

Əvvəlki yazı

Kuman Messinin yoxluğundan danışdı: “Rəqiblər daha çox qorxurdular”

Növbəti yazı

Krkiç İnyestanın komanda yoldaşı oldu