Krkiç İnyestanın komanda yoldaşı oldu
İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Boyan Krkiç karyerasını Yaponiyada davam etdirəcək. Onun “Vissel Kobe” klubuna keçidi rəsmiləşib. 30 yaşlı ispaniyalı son iki mövsümü Kanadada keçirib. “Monreal İmpakt”dan ayrılan Krkiç Yaponiya təmsilçisi ilə müqavilə imzalayıb. O, yenidən “Barselona”dakı sabiq komanda yoldaşı Andres İnyesta ilə çiyin-çiyinə çıxış edəcək.