NBA-da görünməmiş nailiyyət

NBA-da görünməmiş nailiyyət

“Denver”in basketbolçusu Nikola Yokiç NBA tarixinə düşüb. O, müntəzəm çempionatda bütün göstəricilərdə komandasının ən yaxşı oyunçusu olub.

Nikola orta hesabla 27,1 xal, 13,8 ribaund, 7,9 ötürmə, 1,5 topalma, 0,9 blok-şota imza atıb. Onun oyundan atışlarında dəqiqlik faizi 58,3-ə bərabərdir.

Bu 6 göstəricinin hamısının hesablanmağa başladığı 1973/74 mövsümündən indiyədək heç bir basketbolçu öz klubunda mütləq lider olmayıb. Yokiç 6 göstəricidə komandasında ən yaxşı olmağı bacaran ilk oyunçu kimi tarixə düşüb.

ETOPAZ

Əvvəlki yazı

Skamakka ilə yeni müqavilə

Növbəti yazı

Günün kuponu – 14.04.2022