NBA-da daha 5 oyun təxirə salındı

NBA-da daha 5 oyun təxirə salındı

NBA-nın 5 oyunu təxirə salınıb. Bu barədə qərarı liqa rəhbərliyi verib.

Belə addımın atılmasına koronavirus pandemiyası səbəb olub. Komandaların heyətlərində testi pozitiv nəticələnən basketbolçuların olması təşkilatçıları buna məcbur edib.

Bu üzdən də “Toronto” – “Orlando”, “Filadelfiya” – “Yeni Orlean”, “Klivlend” – “Atlanta”, “Bruklin” – “Denver” və “Bruklin” – “Vaşinqton” matçları qeyri-müəyyən müddətə təxirə düşüb.

Qeyd edək ki, bu, NBA-da ilk təxirəsalmalar deyil. Daha öncə “Çikaqo”nun “Toronto” və “Detroyt”la qarşılaşmaları da baş tutmayıb.

ETOPAZ

Əvvəlki yazı

Dominik Tim ATP kubokunu buraxacaq

Növbəti yazı

“Mançester Siti”dən yeni rekord