NBA-da ən yaxşılar açıqlandı

NBA-da ən yaxşılar açıqlandı


NBA-da mövsümlərarası dövrün ən yaxşıları bəlli olub. Bu, skautlar və menecerlər arasında səsvermə ilə müəyyənləşib.
Kayl Lourinin “Mayami Hit”ə keçidi ən yaxşı transfer hesab olunub. Demar Derozanın “Çikaqo Bullz”a transferi isə ən pis sayılıb. Dennis Şrederin “Boston Seltiks”ə qoşulması isə ən böyük gözlənilməzlikdir.
Respondentlər “Bruklin Nets”in yeni mövsümdə çempion görürlər. “Los-Anceles Leykers” ikinci favorit hesab edilir. Səsvermədə NBA-nın ən yaxşı oyunçusu da bəlli olub. Bu adı Kevin Dyurant (“Bruklin Nets”) və Yannis Adetokumbo (“Miluoki Baks”) bölüşüb.

ETOPAZ

Əvvəlki yazı

Salaha rekord təklif

Növbəti yazı

Yoviç icarəyə verilir