Navas və ya Donnarumma PSJ-dən gedəcək

Navas və ya Donnarumma PSJ-dən gedəcək

PSJ qapıçılarından biri ilə vidalaşacaq. Yay transfer pəncərəsində Canluici Donnaraumma və ya Keylor Navas Fransa klubundan ayrılacaq.

Hər iki qolkiper növbəli prinsiplə şans qazanmaqdan narazıdır. Oyun praktikasından narazı qalmaqları onlardan birinin getməsinə səbəb olacaq. Donnarumma ilə Navasdan hansının klubdan ayrılacağı Paris təmsilçisinin seçimindən asılıdır. Klub rəhbərliyi sərfəli təklif qarşılığında onlardan birini göndərəcək.

Qeyd edək ki, cari mövsümdə Navas 23, Donnarumma 22 matç keçirib.

ETOPAZ

Əvvəlki yazı

“Real” Asensionu saxlayacaq

Növbəti yazı

“Mançester Yunayted”in yeni baş məşqçisi müəyyənləşdi