“Napoli”dən ardıcıl 5 qələbə: 3-cü dəfə
“Napoli” İtaliya A seriyasının V turunda “Sampdoriya”nı 4:0 hesabı ilə məğlub edib. Bu, neapolluların cari mövsümün startında ardıcıl 5-ci qələbəsi olub.
Bu, klub tarixində 3-cü belə uğurlu startdır. “Napoli” 1987/88 və 2017/18 mövsümlərinə də ardıcıl 5 qələbə ilə başlayıb.
Xatırladaq ki, “Napoli” “Böyük beşlik”də cari mövsümün arxada qalan hissəsində xal itirməyən iki komandadan biridir.