Nadal koronavirusa yoluxdu
“Böyük Dəbilqə” turnirlərin 20 qat çempionu Rafael Nadal koronavirusa yoluxub. İspaniyalı tennisçinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidəki açıq çempionatdan ölkəsinə qayıtdıqdan sonra verdiyi koronavirus testi müsbət nəticə verib.
35 yaşlı idmançı Karantinə alınıb. Onun “Australian Open”dəki iştirakı sual altına düşüb.