Buskets İnyestaya çatdı

Buskets İnyestaya çatdı

Serxio Buskets “Barselona”nın heyətində 459-cu qələbəsini qazanıb. Bu, İspaniya La Liqasının XVIII turuna təsadüf edib.

“Elçe” üzərindəki 3:2 hesablı qələbə ilə Buskets sabiq komanda yoldaşı Andres İnyestaya çatıb. İspaniya nəhənginin heyətində ən çox qələbə qazanan futbolçu isə Lionel Messidir. Argentinalı hücumçu 542 qələbədə pay sahibidir.

ETOPAZ

Əvvəlki yazı

Nadal koronavirusa yoluxdu

Növbəti yazı

Türkiyə Superkuboku Qətərdə