Naço “Real”la razılaşdı

Naço “Real”la razılaşdı

“Real” futbolçusu Xose İqnasio Naço ilə müqaviləni uzadacaq. Tərəflər anlaşma imzalamaq barədə razılaşıblar.

32 yaşlı müdafiəçinin yeni müqaviləsi 2024-cü ilin yayına qədər olacaq. Lakin bunun rəsmən açıqlanacağı tarix bəlli deyil. Naçonun əvvəlki müqaviləsi 2023-cü ilin yayında başa çatmalı idi.

Qeyd edək ki, 21 ildir “Real”da olan müdafiəçi bütün karyerasını bu klubla bağlı olmasını istəyir.

ETOPAZ

Əvvəlki yazı

Koutinyo üçün 20 milyon

Növbəti yazı

Avrokubokların formatı dəyişdiriləcək