Nəsri karyerasını bitirdi
Fransa millisinin sabiq futbolçusu Samir Nəsri karyerasını bitirib. “Arsenal” və “Mançester Siti” kimi klublardakı çıxış ilə tanınan yarımmüdafiəçi bu qərarını özü açıqlayıb.
O, 34 yaşında futbolla vidalaşıb. Samirin bu qərarında ədalətsiz saydığı dopinq üzündən aldığı ilyarımlıq diskvalifikasiyanın da rolu olub.
Nəsrinin son klubu Belçika “Anderlext”i idi.Yarımmüdafiəçi 2019-cu ilin yayında bu komandaya keçib.
Xatırladaq ki, Nəsri “Marsel”, “Arsenal”, “Mançester Siti”, “Sevilya”, “Vest Hem”, “Antalyaspor” klublarında çıxış edib.