Nəhənglərsiz 1/4 final: 15 ildən sonra

Nəhənglərsiz 1/4 final: 15 ildən sonra

Dortmund “Borussiya”sı Almaniya kubokunu ilə vidalaşıb. “Sankt-Pauli” ilə qarşılaşan Bundesliqa təmsilçisi 1/8 finalda aşağı liqa klubuna 1:2 hesabı ilə uduzub.

Yarışın digər favoriti “Bavariya” isə hələ 1/16 finalda mübarizəni dayandırmışdı. Münhenlilər Mönhenqladbax “Borussiya”sına 0:5 hesabı ilə uduzub.

Bununla da 11 ildən sonra ilk dəfə “Bavariya” və Dortmund “Borussiya”sından heç biri finalda olmayacaq. Bu iki nəhəngin olmadığı son final 2011-ci ildə baş tutub. Bu komandaların 1/4 finalda olmaması isə son dəfə 15 il öncə – 2006/07 mövsümünə təsadüf edib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 19.01.2022

Növbəti yazı

Pol Corc bir neçə həftə kənarda qalacaq