Mur 1 illik müqavilə imzaladı

Mur 1 illik müqavilə imzaladı


Hücumameylli müdafiəçi Etvon Murun karyerasını davam etdirəcəyi klub müəyyənləşib. 32 yaşlı basketbolçu “Orlando”ya keçib. O, yeni komandası ilə 1 illik müqavilə imzalayıb. Anlaşmanın dəyəri 2,6 milyon dollardır.
Mur ötən mövsümdə “Finiks”in şərəfini qoruyub. Müdafiəçi 27 matçda şans qazanıb. O, hər qarşılaşmada orta hesabla 4,9 xal yığıb.

ETOPAZ

Əvvəlki yazı

Almaniya millisinin təyyarəsindən məcburi eniş

Növbəti yazı

Messi Peleni keçdi