Messi Peleni keçdi

Messi Peleni keçdi


Argentina millisinin futbolçusu Lionel Messi yeni rekorda imza atıb. O, yığmada vurduğu qol sayında Cənubi Amerika rekordunu yeniləyib. Hücumçu DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin X turunda Boliviya ilə matçda komandasına 3:0 hesablı qələbə qazandıran qolların üçünün də müəllifi olub. Millidəki qol sayını 79-da çatdıran Lionel Braziliya millisində 77 dəfə fərqlənən “Futbol kralı” Peleni arxada qoyub.
34 yaşlı ulduz həm də peşəkar karyerasındakı qollarının sayını 750-yə çatdırıb. Messi buna 932 oyunda nail olub. Argentinalı yığmada 7-ci het-trikini gerçəkləşdirib.

ETOPAZ

Əvvəlki yazı

Mur 1 illik müqavilə imzaladı

Növbəti yazı

“Böyük dəbilqə”də ilk dəfə