Mülleri keçdi, Ronaldoya çatdı

Mülleri keçdi, Ronaldoya çatdı

“Bavariya” Bundesliqanın XVII turunda “Volfsburq”u 4:0 hesabı ilə darmadağın edib. Bu matçda rəqib qapısına bir dəfə yol tapan Robert Levandovski 2021-ci ildəki qol sayını 69-a çatdırıb.

33 yaşlı polşalı bununla da Kriştiano Ronaldonun rekordunu təkrarlayıb. Portuqaliyalı 2013-cü ildə bu qədər qola imza atıb. Dünya rekordu isə Lionel Messiyə məxsusdur. Argentinalı 2012-ci ildə 91 dəfə fərqlənib.

Levandovski 69 qoldan 43-nü Bundesliqada vurub. O, 1972-ci ildə bir ildə 42 çempionat qoluna sevinən Herd Mülleri arxada qoyub.

ETOPAZ

Əvvəlki yazı

Mahir Emreli üçün 1 milyon avro

Növbəti yazı

“İnter” rekordunu təkrarladı