Mahir Emreli üçün 1 milyon avro

Mahir Emreli üçün 1 milyon avro

Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını Macarıstanda davam etdirə bilər. 24 yaşlı hücumçunun xidmətində “Fehervar” maraqlıdır.

Macarıstanın yüksək liqa təmsilçisi Polşada “Legiya”nın şərəfini qoruyan forvardı heyətinə qatmaq istəyir. Artıq iki klub arasında danışıqlara da start verilib. Macarıstanlılar Mahir üçün 1 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Emreli 2021-ci ilin yayında Varşava klubuna keçib.

ETOPAZ

Əvvəlki yazı

Şevçenkodan antirekord

Növbəti yazı

Mülleri keçdi, Ronaldoya çatdı