Mudrik “Çelsi”də

Mudrik “Çelsi”də

“Şaxtyor”un yarımmüdafiəçisi Mixailo Mudrikin taleyinə aydınlıq gəlib. O, karyerasını “Çelsi”də davam etdirəcək.

Ukraynalı keçidi tamamlamaq üçün bu gün Londona uçacaq. 22 yaşlı vinger tibbi müayinədən keçəcək və London klubu ilə müqavilə imzalayacaq.

“Çelsi”nin Mudrik üçün 70 milyon avro ödəyəcəyi bildirilir. Transfer məbləği bonuslar da daxil olmaqla 110 milyon avroya qədər yüksələ bilər. Futbolçunun 2030-cu ilə qədər müqavilə imzalayacağı gözlənilir.

ETOPAZ

Əvvəlki yazı

“Vulverhempton”da yeni futbolçu

Növbəti yazı

Mərakeş millisinin yarımmüdafiəçisi “Lids”in hədəfində