Muçova zədə üzündən “Rolan Qarros”dan çəkildi

Muçova zədə üzündən “Rolan Qarros”dan çəkildi

Çexiyalı tennisçi Karolina Muçova “Rolan Qarros”un üçüncü raundunda Amanda Anisimova ilə qarşılaşıb. O, görüşü başa vura bilməyib.

İlk iki setdə 7:6, 2:6 hesablı nəticə qeydə alınıb. Muçova üçüncü setdə oyundan çəkilib – 0:3.

89 dəqiqə davam edən ilk setdən sonra çexiyalı tibbi fasilə verib. İkinci hissəyə sol budunda sarğı ilə qayıdıb.

Üçüncü setin başlanğıcında o, ayağını burxub. Bundan sonra o, bir neçə dəfə ağlayıb və sonda görüşdən ayrılmalı olub.

ETOPAZ

Əvvəlki yazı

Çili millisində yeni çalışdırıcı

Növbəti yazı

Zinçenko “Arsenal”ın hədəfində