Mourinyonun apelyasiyası rədd edildi

Mourinyonun apelyasiyası rədd edildi

“Roma”nın Joze Mourinyo ilə bağlı apelyasiyasına baxılıb. Bu şikayət rədd edilib.

Onun 2 oyunluq cəzası qüvvədə qalıb. “Roma”nın baş məşqçisi A seriyasının 24-cü turundakı hərəkətinə görə cəzalanıb.

Portuqaliyalı mütəxəssis “Kremoneze” ilə görüşdə (1:2) hakimlərlə mübahisəyə girisişdiyi üçün belə cəza almışdı. Klubun ap apelyasiyası səbəbindən cəza müvəqqəti dayandırılmışdı. Nəticədə Mourinyo

 “Yuventus”la oyunda texniki zonada yer almışdı. Portuqaliyalı “Sassuolo” və “Latsio” ilə matçları buraxacaq.

e-Topaz

Əvvəlki yazı

Karreno-Bustadan imtina

Növbəti yazı

“Leykers” uğursuzluğa son qoydu