Moratanın “Yuventus”dan arzusu

Moratanın “Yuventus”dan arzusu

Alvaro Morata “Yuventus”dan ayrılmaq istəmir. Ulduz futbolçu müqavilə ilə məxsus olduğu “Atletiko”ya qayıtmaq niyyətində deyil.

Hazırda icarə əsasında Turin klubunda çıxış edən 30 yaşlı forvard “qoca sinyora”nın yayda onu birdəfəlik transfer edəcəyinə ümid edir:

“Məndən olsa, karyeramın sonuna qədər “Yuventus”da qalmaq istəyirəm”.

Sözləşmədə satın alma məbləği 35 milyon avro nəzərdə tutulsa da, A seriyası təmsilçisi qiyməti 15-20 milyona endirməyə çalışır.

Qeyd edək ki, Alvaro Morata bu mövsüm bütün turnirlərdə 33 oyuna çıxıb, 8 qol vurub, 6 assist edib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 23.02.2022

Növbəti yazı

Mourinyoya iki oyunluq cəza