Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Sürpriz kupon – 23.02.2022
“Haddersfild” – “Kardiff” – 2
Çempionşipdə turun sürprizi bu oyun olsun gərək. Ardıcıl 15 turdur uduzmayan, son oyunda lider “Fulhem”ə qalib gələn “Haddersfild”in 19-cu pillədə qərarlaşan komanda qarşısında xal itirəcəyini yəqin ki, çoxu gözləmir. Amma oyun 1 üçün verilən yüksəl əmsal cəlbedici olduğu qədər də, aldadıcı ola bilər. Axı, məntiqlə bu qədər səviyyə fərqi olan rəqiblərin görüşündə ev sahibinin qələbəsinə daga aşağı əmsal verilməlidir. Demək, ehtiyatlı olmaq lazımdır. Bu matçın nəticəsini x və ya oyun 2 görürəm. Siz ikisindən birini seçin, mən oyun 2-ni seçdim.
“Liverpul” – “Lids” – 1
Oyun 1-in əmsalı çox aşağı olsa da, reallıq dərəcəsi yüksəkdir. “Liverpul” çətinliklə lider “Mançester Siti” ilə xal fərqini 6-ya endirib, heç nədən bu fərqin yenidən artmasına imkan verməz. Dieqo Jotadan başqa bütün oyunçular “Lids”lə görüşə hazırdır. Oyun 1-i qaçılmaz variant sayıram.
“Fulhem” – “Piterbro” – 1
Çempionşipdə inamla liderlik edən “Fulhem” ötən tur gözlənilmədən “Haddersfild”ə uduzdu. Bununla belə, ən yaxın izləyicisini 6 xal qabaqlayır. İnanmıram ki, lider ardıcıl 2-ci tur fanatlarını məyus etsin. Oyun 1 variantına çox güvənirəm.