Morata üçün mövsüm bitdi
“Atletiko”nun futbolçusu Alvaro Morata mövsümü bitirib. Buna hücumçunun zədəsi səbəb olub.
La Liqanın 35-ci turunun “Osasuna” ilə oyununun (3:0) fasiləsində əvəzlənən forvard müayinədən keçib. Onun cari mövsümün son üç matçında iştirak edə bilməyəcəyi müəyyənləşib.
Madridlilər son üç turda “Espanyol”, “Real Sosyedad” və “Vilyarreal”la qarşılaşacaq.