Minamino ilə bağlı qərar
“Liverpul” futbolçusu Takumi Minaminonu heyətində saxlayacaq. İngiltərə klubunun rəhbərliyi yarımmüdafiəçini satmaq barədə düşünmür.
Premyer Liqa təmsilçisi artıq “Monako” və “Lids”in təkliflərindən imtina edib. Lakin cəlbedici təklifin mersisaydlıları fikrindən daşındıra biləcəyi də istisna deyil. 27 yaşlı yaponiyalı cari mövsümdə Premyer Liqada keçirdiyi 8 matçda 2 qola imza atıb.