Günün kuponu – 29.01.2022
Qambiya-Kamerun 2,5 alt
Afrika Millətlər Kuboku-2022-nin təşkilatçısı olan Kamerun matçın favoriti sayılır. Amma oyun 2 variantı mənə görə bir qədər risklidir. Dəfələrlə görmüşük, favorit komanda 90 dəqiqə bir qol belə vurmayıb, matçı 0:0 bitirib, əlavə vaxtda isə 2-3 qol vuraraq növbəti mərhələyə çıxıb. Qambiya-Kamerun matçında da bu ssenarini görə bilərik. 2,5 alt isə Afrika komandalarının oyunlarında əksər hallarda “qarantiyalanmış” variantdır. Xüsusən də rəqiblərdən biri Qambiya kimi möhkəm müdafiəsi olan komandadırsa.
“Tuluza” – “Versailles” – 1
“Tuluza” 2-ci, rəqibi isə 3-cü liqanın lideridir. Gələn mövsüm böyük ehtimalla Liqa-1-də oynayacaq tuluzalılar Fransa Kubokunda da bacardıqca irəliləməyi hədəfləyib. Bir oyundan ibarət 1/8 final mərhələsində püşk onlara digərləri ilə müqayisədə daha münasib rəqib bəxş edib. Fikrimcə, “Tuluza” matçın taleyini əlavə vaxta və ya penaltilər seriyasına daşımadan elə 90 dəqiqədə 1/4 finala vəsiqəni özü üçün təmin edəcək.
“Lamia” – OFİ – 2
“Lamia” superliqada son 3 oyundan ikisində heç-heçə edib, birində qalib gəlib. Yunanıstan Kubokunda isə “Aris”i mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. OFİ isə son 2 turda məğlub olub. Hazırda 7-ci sırada yer alan Krit adasının klubu ilk “altılığ”a düşməyə can atır. Yunanıstan Liqasının reqlamentinə əsasən məhz çempionatın İlkin mərhələsini 1-6-cı yerlərdə bitirən komandalar medallar və avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq. Ona gorə ilk altılıqdan 11 xal geri qalan “Lamia”dan fərqli olaraq OFİ üçün bu matçda qələbə çox vacibdir.