Millimizin rəqibləri müəyyənləşdi

Millimizin rəqibləri müəyyənləşdi

Basketbolun 3×3 növü üzrə Qadın seriyasının Friburq mərhələsinin püşkü atılıb. Azərbaycan millisi C qrupunda mübarizə aparacaq.

Yığmamızın rəqibləri İspaniya və İrlandiya olacaq. Komandamız hər iki yığma ilə iyulun 4-də qarşılaşacaq. İrlandiya ilə matç Bakı vaxtı ilə 17:50-də, İspaniya ilə görüş 19:40-da başlayacaq.

Qeyd edək ki, iyulun 5-də başa çatacaq İsveçrədəki turnirdə 12 komanda qüvvəsini sınayacaq.

ETOPAZ

Əvvəlki yazı

Mikautadzedən daha bir uğur

Növbəti yazı

“Sabah”dan növbəti transfer