Millimiz məğlub oldu

Millimiz məğlub oldu

Azərbaycan milli komandası bu gün yoldaşlıq görüşü keçirib. Yığmamızın 2022-ci ildəki ilk oyunu səfərdə Maltaya qarşı olub.

Matça meydan sahibləri üstün başlayıb. Ardıcıl hücumlar təşkil edən “cırtdanlar” bir neçə dəfə qol vurmağa yaxın olub. Millimiz isə ilk yarıda oyun qurmaqda çətinlik çəkib. Hissədə hesab açılmayıb.

İkinci yarı fərqli başlayıb. Yığmamız üstünlüyü ələ ala bilib. Futbolçularımız rəqibi təzyiq altında saxlamağı bacarıb. Meydan sahibləri isə ümidini əks-hücumlara bağlayıb. Bunlardan birində hesabı açmağı bacarıblar. Baş məşqçimiz oyuna bir neçə dəfə müdaxilə etsə də, bu, hesabda özünü doğrultmayıb.

Nəticədə millimiz 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yığmamız ayın 29-da Latviya ilə qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

Günün kuponu – 26.03.2022

Növbəti yazı

De Byazi: “Bu görüşdə daha istəkli olmalı idik”