Millimiz 112-ci pillədə

Millimiz 112-ci pillədə

Azərbaycan millisi son 32 ayın rekorduna imza atıb. Yığmamız FİFA reytinqində son 2 il 8 ayda ən yüksək pilləyə qalxıb.

Komandamız bu gün açıqlanan cədvəldə 1177,83 xalla dünyanın 112-cidir. Yığmamız sonuncu dəfə 2021-ci ilin avqustunda 112-ci sırada olub. Həmin ilin mayında isə millimiz daha yüksək – 110-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, komandanın bu 32 aydakı ən zəif göstəricisi 2022-ci ilin martındakı 129-cu yer olub.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi”dən antirekord

Növbəti yazı

Benzia ayın futbolçusu adına namizəddir