Benzia ayın futbolçusu adına namizəddir

Benzia ayın futbolçusu adına namizəddir

“Qarabağ”ın futbolçusu Yassin Benzia növbəti mükafatını ala bilər. Yarımmüdafiəçi ayın ən yaxşı əlcəzairli futbolçusu adına namizəddir.

“Fennec du mois” adlanan mükafata mart ayı üçün sahibi olmağa üç oyunçu iddia edir. Benzianın rəqibləri “Vitess”də çıxış edən Anis Hac Mussa və “Vulverhempton”da forma geyinən Rayan Ayt Nuridir.

Qeyd edək ki, azarkeşlər arasında keçirilən səsvermə Bakı vaxtı ilə aprelin 8-də saat 01:59-da başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

Millimiz 112-ci pillədə

Növbəti yazı

Günün kuponu – 05.04.2024