Millidən məhsuldar heç-heçə
Azərbaycan millisi növbəti oyununu keçirib. Yığmamız Qətərlə yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Baş məşqçi Canni de Byazinin yetirmələri 2021-ci ilin son matçında məhsuldar heç-heçəyə imza atıb. 2:2 hesabı ilə başa çatan qarşılaşmada millinin hər iki qoluna Emin Mahmudov imza atıb.
Bu, yarımmüdafiəçinin yığmada ilk dublu olub. O, millidəki qol sayını 8-ə çatdırıb.