Milli komandaya dəvətdən imtina

Milli komandaya dəvətdən imtina

“Zenit”in futbolçusu Artyom Dzyuba Rusiya millisinin qarşıdakı oyunlarında iştirakdan imtina edib. Bu qərarı 33 yaşlı hücumçunun özü açıqlayıb.

O bildirib ki, DÇ-2022-nin seçmə mərhələsinin oktyabrda keçiriləcək matçlarında yığmaya qatılmayacaq. Rusiyalı forvard bu qərarını yaxşı formada olmaması ilə izah edib.

Onun adı millinin baş məşqçisi Valeri Karpinin açıqladığı ilkin siyahıda yer alıb. Lakin Dzyuba oktyabrın 8-də Slovakiya, 3 gün sonra Sloveniya ilə keçiriləcək qarşılaşmalara dəvətdən imtina edib.

ETOPAZ

Əvvəlki yazı

FİFA-dan Macarıstana ağır cəza

Növbəti yazı

Çempion titulunu qorumaq arzusunda