Çempion titulunu qorumaq arzusunda

Çempion titulunu qorumaq arzusunda

Belçikanın Antverpen şəhərində keçiriləcək ATP-250 turnirinin iştirakçıları müəyyənləşib. Yarış oktyabrın 18-24-də baş tutacaq.

Ötən il çempion adını qazanan Yuqo Ember titulunu qorumaq üçün mübarizə aparacaq. Dünyanın 26-cı raketkasını güclü rəqiblərlə mübarizə gözləyir.

Belə ki, “Top-20”də yer alan 7 tennisçi Antverpen kortuna çıxacaq. Bunlar Feliks Oje-Alyassim (11), Yannik Sinner (14), Dieqo Şvartsman (15), Paolo Karreno-Busta (16), Kristian Qarin (17), Roberto Bautista-Aqut (18) və Reylli Opelkadır (19).

Əsas mərhələyə “vild card”la qatılan tennisçilər də bəllidir. 2019-cu ilin çempionu Endi Marrey və belçikalı Zizu Berqs bu vəsiqələrə sahib çıxıb.

ETOPAZ

Əvvəlki yazı

Milli komandaya dəvətdən imtina

Növbəti yazı

Günün kuponu – 22.09.2021