“Milan”ın müdafiəçisi Premyer Liqa nəhənginin hədəfində
“Mançester Yunayted” “Milan”ın müdafiəçisi Fikayo Tomori ilə maraqlanır. “Qırmızı şeytanlar” İngiltərə millisinin üzvü üçün təklif hazırlığındadır.
Ancaq 24 yaşlı mərkəz müdafiəçisi “rossonyerlər”in aparıcı siması olduğundan, İtaliya çempionunu tərk etmək istəmir. Hətta Tomorinin “Milan”la müqaviləsi 2025-ci ilə qədər olmasına baxmayaraq, italyanlar bu müddəti daha da uzatmağı planlaşdırır.
Qeyd edək ki, Fikayo Tomori ötən mövsüm bütün turnirlərdə 40 oyuna çıxıb, 1 qol vurub.