Ekitikenin PSJ arzusu
“Reyms”in 20 yaşlı hücumçusu Uqo Ekitike PSJ-yə keçməyə razılıq verib. Fransalı futbolçu “Nyukasl”ın son təklifini rədd edib və nümayəndələrinə növbəti mövsümdə PSJ-də oynamaq istədiyini bildirib.
Luis Kampos 35 milyon avrodan az olmayacaq transferin qiymətini razılaşdırmalıdır. Portuqaliyalı “Reyms”lə ötən mövsüm Liqa 1-də 10 qol vuran gənc hücumçunun qiymətini aşağı salmaqda anlaşmağa çalışır.