“Milan”da 2 illik müqavilə

“Milan”da 2 illik müqavilə

İtaliyanın “Milan” klubu baş məşqçisi Stefano Pioli ilə müqavilə müddətini uzadıb. Təcrübəli mütəxəssisin daha iki il postunda saxlanılması qərara alınıb.

56 yaşlı çalışdırıcı gələn ilin yayına qədər olan anlaşmasını 2024-cü ilin yayına qədər uzadıb. Sözləşməyə sonradan daha 1 il müddətinə uzadılması bəndi də salınıb. Pioli illik 3,5 milyon avro maaşı olmaqla yanaşı, əlavə bonuslar da alacaq.

Qeyd edək ki, “Milan” İtaliya çempionatında 12 turdan sonra 32 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Cokoviç Lendlə çatdı

Növbəti yazı

Lempardin “Lester” arzusu