Lempardin “Lester” arzusu
İngiltərə “Çelsi”sinin sabiq baş məşqçisi Frenk Lempard yenidən Premyer Liqada çalışmağı planlaşdırır. 43 yaşlı mütəxəssis mövsümün sonuna qədər özünə yeni komanda tapmaq arzusundadır.
Daha əvvəl müxtəlif vaxtlarda “Norviç”, “Kristal Pelas” və “Nyukasl”ın onunla maraqlandığı bildirilirdi. “Çelsi”nin sabiq kapitanının fikrincə, ona ən uyğun variant “Lester”dir. Brendan Rocers “Mançester Yunayted”in sükanı arxasına keçsə, Lempardın “Lester” variantı yaranacaq.
Qeyd edək ki, Lempard bu ilin yanvarında “Çelsi”dən ayrıldıqdan bəri işsizdir.